İran ABŞ-ın onun daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib | SON XƏBƏR | SON XƏBƏR

İran ABŞ-ın onun daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib

İran ABŞ-ın Tehranın guya Vaşinqtonun daxili işlərinə müdaxilə etməsi ilə bağlı ittihamlarını rədd edib.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasiminin bəyanatında deyilir.

"Ağ ev çoxdan konkret siyasi səbəblərə görə, digər ölkələri ittiham etmək istəyir və hər gün öz uydurulmuş siyahısına yeni ölkə adı əlavə edir", — deyə bəyanatda bildirilir.

Diplomat əlavə edib ki, bundan əvvəl Amerika prezidenti Donald Tramp iddia edirdi ki, "İranın başı öz daxili işlərinə qarışıb" və "o qədər zəifdir ki, hətta regional problemlər barədə də düşünə bilmir və yalnız sağ qalmaq haqqında düşünür".

"O zaman belə bir ölkə ABŞ-da parlament seçkilərinə necə müdaxilə edə bilər?" — deyə Qasimi sual edib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti İranı son 6 ildə terrorçuluğun maliyyələşdirilməsinə 16 milyard dollar xərcləməkdə ittiham edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>