İran Pakistana birgə əməliyyat keçirməyi təklif edib | SON XƏBƏR | SON XƏBƏR

İran Pakistana birgə əməliyyat keçirməyi təklif edib

İran qaçırılan 14 sərhədçisi ilə bağlı Pakistana birgə əməliyyat keçirməyi təklif edib.

Sonxəbər.info -“Report”a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzlinin pakistanlı həmkarı Şəhriyar Afridiyə ünvanladığı məktubda bildirilib.

O, məktubunda rəsmi İslamabaddan İran-Pakistan sərhədindəki hərbi zastavalar və sərhədyanı bölgələrə terror qruplaşmalarının hücumları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyib.

“Qarşılıqlı əlaqələr və xoşməramlı qonşuluq prinsipləri əsasında iki ölkə arasında mövcud təhlükəsizlik anlaşması çərçivəsində müsbət nəticə əldə etmək üçün təcili şəkildə birgə əməliyyat apamağa ehtiyac var”, - iranlı nazir vurğulayıb.

İndiyədək qaçırılan sərhədçilərdən heç bir xəbər yoxdur.

Qeyd edək ki, oktyabrın 16-da Pakistanla sərhəddə İranın 14 sərhədçisi qaçırılıb. Bu hadisəni “Ceyşul-Ədl” adlı terror qruplaşmasının törətdiyi bildirilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>