İranda etirazlar böyüyür: həyəcan təbili çalındı | SON XƏBƏR | SON XƏBƏR

İranda etirazlar böyüyür: həyəcan təbili çalındı

iran-tetill_300x169İranda ölkənin ağır iqtisadi durumuna, qiymətlərin qeyri-sabitliyinə və əhalinin məişətinin gündən-günə ağırlaşmasına qarşı kütləvi tətillər davam edir.

Aksiyalar Şəhreza, Kirmanşah, Kərəc, Fərdis, Təbriz, Xoy, Sarab, Şəhriyar və İsfahan şəhərlərində keçirilir.

Tehranın “Əlaəddin” və “İranmehr” pasajlarındakı ticarət mərkəzləri, eləcə də mobil telefonların satışı ilə məşğul olan bazar, Təbrizin “Başmaqçılar” bazarı, digər bir neçə şəhərdə isə ayrı-ayrı bazarlar fəaliyyətlərini dayandıraraq, tətilə başlamış digər mağaza sahiblərinə dəstək veriblər.

Ekspertlər müxtəlif şəhərlərdə baş qaldıran və getdikcə alovlanan tətillərlə bağlı həyəcan təbili çalaraq, aksiyaların daha geniş vüsət alacağının gözlənildiyini bildiriblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>