İtaliya Prezidentinin Sarayında Azərbaycan musiqisi konserti keçirilib | SON XƏBƏR | SON XƏBƏR

İtaliya Prezidentinin Sarayında Azərbaycan musiqisi konserti keçirilib

İtaliya Prezidentinin Kuirinale Sarayının Kapella Paolina zalında ilk dəfə olaraq Azərbaycan musiqisi konserti keçirilib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyindən bildiriblər.

Konsertin açılışında “Kuirinale Konsertləri” proqramının təsisçisi və aparıcısı, professor Stefano Katuççi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib.

Professor S.Katuççi Azərbaycanın zəngin musiqi mədəniyyəti irsi barədə danışıb, konsert proqramı çərçivəsində italyan maestro Pierluici Ruccieronun rəhbərliyi ilə Azərbaycan, italyan və macar musiqiçiləridən ibarət Belcan-Tar ansamblının ifasında Azərbaycanın klassik musiqi nümunələrinin və xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında Azərbaycan muğamları və xalq mahnılarının təqdim olunub. Musiqiçilərin məharətli ifası tamaşaçıların böyük marağına səbəb olub.

S.Katuççi Qarabağın Azərbaycan muğamının beşiyi, Şuşanın isə Azərbaycan musiqi sənətinin mərkəzi olduğunu, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin Şuşada böyüyərək yadacılığına burada başladığını bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>