İtaliyalı ekspert: "TAP sayəsində İtaliyanın enerji təhlükəsizliyi gücləndirilir" | SON XƏBƏR | SON XƏBƏR

İtaliyalı ekspert: “TAP sayəsində İtaliyanın enerji təhlükəsizliyi gücləndirilir”

"İtaliya Transadriatik Qaz Boru Kəməri (TAP) layihəsi ilə təbii qazın idxalı üçün əlavə kanal əldə edir. Bu da tədarük xətlərinin və mənbələrinin şaxələndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin güclənməsi deməkdir. Bunun nəticəsində ölkənin enerji bazarında rəqabət artacaq və ehtimal ki, istehlakçı qiymətləri aşağı düşəcək".

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, Venesiyanın Ka Foskari Universitetinin professoru Karlo Frappi deyib.

“Daha geniş mənada Transadriatik dəhlizinin açılması İtaliyanın enerji siyasətində çoxdandır qarşıya qoyulan strateji məqsədə çatmaq imkanı yaradır. Bu da yarımadanın coğrafi mövqeyini və şaxələndirilmiş tədarüklə bağlı milli siyasətlərdən Aralıq dənizinin tam qəlbində təbii qaz qovşağı mövqeyini gücləndirmək üçün yararlanmaqdan ibarətdir”, - deyə ekspert qeyd edib.

Bu layihənin Azərbaycan üçün də üstün cəhətlərinə toxunan ekspert TAP-ın həyata keçirilməsi nəticəsində həm böyük iqtisadi gəlir əldə olunacağını, həm də ölkənin təhlükəsizlik tədarükçüsü rolunu gücləndirməklə dünya siyasətindəki nüfuzunu daha da artıracağını diqqətə çatdırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>