Kadırovdan Həbibə fəxri ad və xüsusi hədiyyə - Video | SON XƏBƏR | SON XƏBƏR

Kadırovdan Həbibə fəxri ad və xüsusi hədiyyə – Video

kadirov-hebib_300x150Çeçenistan lideri Ramzan Kadırov “əsrin döyüşü”ndə Konor Makqreqoru məğlub edərək yüngül çəkidə UFC dünya kəmərinin sahibi olan Həbib Nurməhəmmədovu qəbul edib.

Bu barədə Kadırov İnstaqram hesabında paylaşım edib. Görüşdə “Əhməd” idman klubunun döyüşçüləri də iştirak edib.

Nurməhəmmədovun gənclərə əsl örnək ola biləcəyini qeyd edən Kadırov ona “Qroznı şəhərinin fəxri vətəndaşı” adını verib. UFC çempionuna həmçinin qələbələrinin sayına uyğun olaraq 27 nömrəli “Qroznının 200 illiyi” təqdim olunub.

Çeçenistan rəhbəri Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədova isə "Çeçenistanın əməkdar idman işçisi" fəxri adı verib.

Tədbirin sonunda Çeçenistanın birinci prezidenti Əhməd-Hacı Kadırovun adından idmançıya bahalı maşın hədiyyə edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>