KİV: Antonio Konte “Real Madrid”in baş məşqçisi olmaqdan imtina edib | SON XƏBƏR | SON XƏBƏR

KİV: Antonio Konte “Real Madrid”in baş məşqçisi olmaqdan imtina edib

Antonio Konte İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi olmaqdan imtina edib.

Sonxəbər.info-“Report” “a istinadən xəbər verir ki, “kral klubu” 49 yaşlı italiyalı mütəxəssislə razılığa gələ bilməyib.

Konte “Real Madrid” variantının onun üçün uyğun layihə olmadığını vurğulayıb.

Son iş yeri İngiltərənin “Çelsi” komandası olan italiyalı məşqçinin daha əvvəl Madrid təmsilçisindən uzunmüddətli müqavilə tələb etdiyi, tərəflərin maliyyə məsələsində də razılıq əldə etmədikləri bildirilirdi.

Qeyd edək ki, “Real Madrid” rəhbərliyi La Liqanın X turunda səfərdə "Barselona"ya 1:5 hesablı məğlubiyyətdən sonra baş məşqçi Xulen Lopetegini istefaya göndərib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>