Kremldən Jirinovskinin S-700 iddiasına - Cavab | SON XƏBƏR | SON XƏBƏR

Kremldən Jirinovskinin S-700 iddiasına – Cavab

oleq-peskov_300x167Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun S-600 və S-700 sistemlərinə sahib olması haqqında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin iddialarına şərh verməkdən imtina edib.

Peskov jurnalistlərə açıqlamasında hərbi texnika haqqında heç bir informasiyaya sahib olmadığını bildirib.

Bununla belə, o, Jirinovskinin Rusiya hava hücumundan müdafiə sistemləri haqqında dediklərinə dəstək nümayiş etdirib:

“O, tamamilə haqlıdır. Rusiya hava hücumundan müdafiə sistemləri dünyada ən yaxşısıdır. Biz bunu rəsmi şəkildə təsdiq edə bilərik”.

Qeyd edək ki, Jirinovski bundan öncə Rusiyanın S-600 və S-700 sistemlərinə malik olduğunu iddia edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>