Krım teraktı: Əraziyə BTR-lər yeridildi - Video | SON XƏBƏR | SON XƏBƏR

Krım teraktı: Əraziyə BTR-lər yeridildi – Video

vzriv_krim_2_267x18714:36

Krımın Kerç şəhərindəki kolleclərin birində partlayış baş verib.

Partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın şəxs isə yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağır olduğu üçün Birinci şəhər xəstəxanasına yerləşdirilib.

“Partlayış yeməkxanada baş verib. Səbəb aydın deyil, mütəxəssislər araşdırırlar”, - məlumatda bildirilib.

Krımın baş naziri Sergey Aksyonov partlayışla bağlı təcili olaraq Kerçə yollanıb.

***

Kerçdəki kollecdə partlayış naməlum partladıcı qurğu vasitəsilə baş verib.

Bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Hadisə yerində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları işləyir.

***

Kerç Politexnik Kollecində partlayışdan öncə atışma olub.

Bu barədə məlumat Teleqramdakı “Mash” kanalında yer alıb.

“Kerç Kollecində girov götürülməsinə cəhd edilib. Bundan sonra orada atışma başlayıb, daha sonra isə partlayış olub. Hazırda hüquq-mühafizə orqanları kollec ərazisində araşdırma aparırlar. 20-25 yaşlarında olan oğlan axtarılır. Cinayətkarda 12 millimetrlik silahla bərabər, partlayıcı qurğu da olub”, – deyə kanalda məlumat yerləşdirilib.

Sosial şəbəkədə həmçinin cinayətkarın partlayışdan öncə kabinetlərə daxil olaraq, tələbələrə atəş açdığı vurğulanıb.

***

Kerçdəki Politexnik Kollecində baş verən partlayışla bağlı əraziyə zirehli transportyorlar (BTR) yeridilib.

Bu arada Teleqramdakı “Mash” kanalı partlayışda günahlandırılan şübhəli şəxsin fotosunu yayıb.

***

Krım rəhbəri Sergey Aksyonov Politexnik Kollecində baş verən partlayış nəticəsində həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı verib.

Aksyonov həmçinin faciə ilə əlaqədar Krımda sabahdan etibarən üç günlük matəm elan olunacağını bildirib.

***

Kerç Kollecində baş verən terakt nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb. Komitə yaralıların 50 nəfər olduğunu və bunların böyük hissəsini yeniyetmələrin təşkil etdiyini vurğulayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>