Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq | SON XƏBƏR | SON XƏBƏR

Messi qolu qırıldığı üçün “Real” və “İnter”lə oyunları buraxacaq

İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messi təqribən üç həftə yaşıl meydanlardan kənarda qala bilər.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu İspaniya çempionatının IX turu çərçivəsində "Sevilya" ilə keçirilən qarşılaşma zamanı qolundan zədə alıb və birinci hissənin ortalarında əvəzlənib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Beləliklə, argentinalı futbolçu Primeronun "Real" (28 oktyabr) və "Rayo Valekano" (4 noyabr) ilə keçiriləcək oyunlarını, həmçinin Çempionlar Liqasında "İnter"ə (24 oktyabr və 6 noyabr) qarşı keçiriləcək hər iki matçı buraxa bilər.

Bundan əvvəl Messinin "Sevilya” ilə görüşdə zədələnərək meydanı erkən tərk etdiyi məlumat verilmişd


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>