Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır | SON XƏBƏR | SON XƏBƏR

Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır

Azərbaycan Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayının artırılması təklif edilir.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik olunur.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Dəyişikliklə üzvlərin sayı 7-dən 9-a çatdırılır.

Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 7 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 6 səs çoxluğu ilə verilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>