Neymar "Barselona"ya qayıdacağı ilə bağlı xəbərləri təkzib edib | SON XƏBƏR | SON XƏBƏR

Neymar “Barselona”ya qayıdacağı ilə bağlı xəbərləri təkzib edib

Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar İspaniya "Barselona"sına qayıdacağı haqqında yayılan xəbərləri təkzib edib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, braziliyalı hücumçu bu barədə şəxsi "İnstagram" hesabından məlumat yayıb.

O, sosial şəbəkədə jurnal təsvirlərini paylaşıb və KİV-in məlumatlarını "saxta xəbərlər" (fake news) adlandırıb.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. O, cari mövsüm Fransa klubunun heyətində müxtəlif turnirlərdə 11 oyuna 11 qol vurub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>