Nura ilə Oksana arasında qalmaqal: “Hamiləlik xəbəri çıxır, deyir ki…” | SON XƏBƏR | SON XƏBƏR

Nura ilə Oksana arasında qalmaqal: “Hamiləlik xəbəri çıxır, deyir ki…”

qalmaqal-sekil_300x150Rəqqasə Oksana Rəsulova və müğənni Nura Suri arasında qalmaqal yaranıb.

Rəqqasənin “X magazin”ə hamiləlik xəbərini bir müğənninin mediaya ötürdüyünü iddia etməsi onu özündən çıxarıb.

Nura bu barədə Feysbuk səhifəsində status yazaraq Oksananı ittiham edib:

“Deməli, hansı məşhurun mətbuat katibi işlədiyi saytda xəbər yazırsa, yazdığı xəbərləri həmin adam ötürür? Təzə söhbətdir bu? Seymur Zakaryayevlə işləmişəm, Tahirə ilə, Türkanla 8 il işləmişəm. İndi də Pərvizlə.

Mənimlə işləyən müddətdə paralel başqa müğənnilərlə də işləyən olub, hətta başqa müğənninin saytından da mətbuat katibim olub. Bir dəfə də olsun ağlıma gəlməyib ki, onlardan nədəsə şübhələnim.

Həyat Hollivud filmi deyil, hamını casus saymaq olmaz, siz də böyük əhəmiyyətli insan deyilsiniz. Biri estetik əməliyyat edir, xəbəri xəstəxanadan ötürürlər, saytda xəbər çıxır, mənə zəng edirlər ki, sənin mətbuat katibin yazıb.

Əvvəla, o adam xəbəri işlədiyi saytda yazıb, mənim şəxsi səhifəmdə yox. Mən haradan bilim bu xəbəri ona kim və niyə ötürüb? Ümumiyyətlə, heç mənim dostum da deyilsən ki, sənin hamıdan gizli saxladığın xəbərdən xəbərdar olum. Çox elə yadıma düşürsünüz axı. Niyə sizin hansısa mənasız xəbəriniz mənə maraqlı olsun?

Birinin başqa saytda hamiləlik xəbəri çıxır. Heç mətbuat katibimin o sayta aidiyyəti yoxdur, deyirlər ki, Nura deyib, yazıblar. O biri məşhurun hamiləlik xəbəri çıxır, halbuki münasibətim də heç yoxdur. Görəndə ancaq salamlaşa bilərik. Nə var ki, bu xəbəri mətbuat katibim yazıb, deyirlər ki, Nurayla işləyir, o, ötürüb xəbəri. Sizin başınız xarabdır. Siz xəstəsiniz, nəsiniz?

Xəbəriniz olsun ki, bütün məşhurların mətbuat katibi var. Mətbuat katibi ancaq mənə aid olan xəbərlərə cavabdehdir. Jurnalist kimi yazdığı xəbərlərin mənə dəxli yoxdur. Əgər haqqımda belə düşünürsüzsə, bu, sizin probleminizdir.

Məni şou-biznesi və mətbuatı idarə edən adam kimi görürsünüz. Zatı qırıq insan ancaq gözü ilə görmədiyi və 100 faiz əmin olmadığı söhbəti danışa bilər. Özü buna qadir olan insan belə alçaqlığı ağlına gətirə bilər.

Bizim ailədə belə adamlar olmayıb, qəhrəmanlar, müəllimlər və hərbçilər doğulub. Siz kimi haqda nə danışdığınıza diqqət edin. Yalanın və ... qırx gün ömrü var, onsuz da açılacaq”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>