Pakistan generalı Bakıda: MN-də görüş | SON XƏBƏR | SON XƏBƏR

Pakistan generalı Bakıda: MN-də görüş

pakistan-baki-mn_289x187Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan-Pakistan İşçi qrupu səviyyəli görüşün Protokoluna əsasən, Bakıda təşkil olunan “Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə təcrübə mübadiləsi”ndə iştirak edir.

B u gün müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev briqada generalı Reyhan Naimin rəhbərlik etdiyi Pakistan nümayəndə heyətilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib, mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə hər iki ölkə ordusunda aparılan işlər barədə fikir mübadiləsi aparıblar.

Sonra hər iki tərəf mövzu barədə brifinqlər təqdim edib, fikir mübadiləsi aparıb və görüş iştirakçılarının suallarını cavablandırıblar.

Səfər oktyabrın 4-dək davam edəcəkdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>