Pentaqon sözçüsü: "Türkiyə-ABŞ Münbic ətrafında ortaq əməliyyat keçirməyə hazırdır" | SON XƏBƏR | SON XƏBƏR

Pentaqon sözçüsü: “Türkiyə-ABŞ Münbic ətrafında ortaq əməliyyat keçirməyə hazırdır”

“Münbiç rayonu ətrafındakı Türkiyə ilə ABŞ hərbçiləri hazırlıqları və ortaq əməliyyat təlimlərini başa çatdırıblar”.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü mayor Sön Robertson “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, əməliyyatların keçiriləcəyi tarix ilə bağlı məlumat verməkdən yayınaraq, tədbirlərin “bir-iki gün içində”, yaxud “bir həftədən daha az müddətdə” başlaya biləcəyini vurğulayıb.

Sön Robertson Türkiyə-ABŞ hərbçilərinin ortaq əməliyyat keçirmə qabiliyyətlərinin sinxronlaşdırıldığını deyib.

Qeyd edək ki, Suriyanın Hələb əyalətinin Münbiç rayonunda terrorçu PKK qruplaşmasının “YPG/PYD” adlı qolları yerləşdirilib. Rəsmi Ankara Vaşinqtondan terrorçuların bölgədən çıxarılmasını istəyir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>