Pravoslavlıq parçalanır, Moskvanın 400 illik liderliyi bitir | SON XƏBƏR | SON XƏBƏR

Pravoslavlıq parçalanır, Moskvanın 400 illik liderliyi bitir

rus-provoslav_300x187Konstantinopol Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Ukrayna Pravoslav Kilsəsinə müstəqilliyin verilməsi məsələsini müvəqqəti təxirə salıb.

Sinod Ukrayna Pravoslav Kilsəsinə müstəqilliyin verilməsi prosesinə bağlı olduğunu və bu prosesin dolayısı yolla başladığını təsdiqləyib. Üstəlik, sinod Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi üzərindən anafemanın (Allahın adından icra edilən kilsə lənəti, cəza növü; xristianlıqdan çıxarma, mürtəd elan etmə, lənət oxuma – red.) götürülməsi haqqında qərar qəbul edib. Digər tərəfdən sinod Moskva Patriarxlığının Kiyevə mitropolit təyin etməsi haqqında 1686-cı ildə qəbul edilən qərarını da ləğv edib.

Rus Pravoslav Kilsəsi qəbul edilən qərarla bağlı sərt açıqlama verib:

“Bu qərar pravoslavlıqda parçalanmaya səbəb olacaq. Konstantinopol öz fəaliyyətləri ilə qırmızı xətti keçir və dünya pravoslavlığının vahidliyini pozur. Buna qarşı cavabımız qəti və sərt olacaq. Cavab yaranan situasiyaya adekvat olacaq”.

Ukrayna Pravoslav Kilsəsinin rəhbəri Filaret isə anafema haqqında qərarı alqışlayıb. O, bunun Ukraynada vahid kilsə yaratmağa yardım edəcəyini bəyan edib.

Ukrayna Prezidenti Pyotr Poroşenko baş verənləri Rusiyaya böyük zərbə adlandırıb:

“Ukrayna üçün avtokefaliyanın (müstəqillik) alınması müstəqillik və milli təhlükəsizlik məsələsidir. Bu, bütün dünya geosiyasətinin məsələsidir. Bu, Moskvanın dünya hökmranlığına iddia etdiyi Üçüncü Roma konsepsiyasının yox olması deməkdir”.

Qeyd edək ki, bununla bağlı ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker də münasibət bildirmişdi. Volker demişdi ki, Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılması Vladimir Putinin Ukraynanı itirməsi demək olacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>