Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib | SON XƏBƏR | SON XƏBƏR

Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşləri iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayır.

Dövlət başçısı, eyni zamanda, bildirib ki, müvafiq strukturların rəhbərlərinin görüşləri də əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verir. Prezident İlham Əliyev bu yaxınlarda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərinin müzakirə edildiyini deyib. Dövlət başçısı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevın böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, bu səfərin dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Məmmetxan Çakıyev, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlət başçısına və Azərbaycan xalqına çatdırıb. O, hökumətlərarası səviyyədə birgə fəaliyyətin həyata keçirilməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Görüşdə iki ölkənin əlverişli coğrafi mövqedə yerləşməsinin önəmi qeyd olunub, həm Azərbaycanda, həm də Türkmənistanda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı vurğulanaraq nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib, iki ölkənin ixracat imkanları və tranzit yüklərin daşınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.


*** 11:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>