“Prezident seçkiləri ilə Gürcüstan vacib demokratiya testi verəcək” | SON XƏBƏR | SON XƏBƏR

“Prezident seçkiləri ilə Gürcüstan vacib demokratiya testi verəcək”

“Gürcüstan prezident seçkiləri ilə daha bir vacib demokratiya testi verəcək”.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bir neçə gündən sonra Gürcüstanda çox vacib və məsuliyyətli gün olacaq:

“Ölkədə prezident seçkiləri keçiriləcək. Mən bütün vətəndaşlarımızı seçkilərə gedib istədiyi seçimi etməyə çağırıram. Gürcüstan bu seçkilərlə daha bir çox vacib demokratiya testi verəcək və inanıram ki, hər bir vətəndaş bu testdən ölkəyə layiq şəkildə keçəcək. Əminəm ki, oktyabrın 28-i Gürcüstanda demokratiyanın daha bir qələbə günü olacaq”.

M.Baxtadze qeyd edib ki, Gürcüstan hökuməti seçkilərin azad, şəffaf və demokratik mühitdə keçirilməsi üçün hər şey edib: “Lakin eyni zamanda qeyd etmək istəyirəm ki, ictimaiyyətin seçkiöncəsi kampaniyanın Avropa tipinə uyğun olması ilə bağlı tələbinin sona qədər yerinə yetirilməsi bəzi siyasi qüvvələrin destruktiv ritorikasına görə mümkün olmadı. Biz hər hansı bir məsuliyyətsiz siyasi qüvvənin seçki prosesində dissonans yaratmasına imkan verməyəcəyik. Seçkiöncəsi dövr ərzində bütün siyasi subyektlərə bərabər və rəqabətli şərait təqdim olunmuşdu. Əmin edirəm ki, hər bir seçicinin azad seçim etmək imkanı olacaq”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>