Prezident “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklikliyi imzalayıb | SON XƏBƏR | SON XƏBƏR

Prezident “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklikliyi imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bu, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsi qadağasının konkretləşdirilməsi ilə bağlıdır.

Qanunun 13-cü (Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması) maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

Dəyişikliklə isə daha konkret - yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağan edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>