Putindən bakılıya təklif: Bu şəhərin qubernatoru ol | SON XƏBƏR | SON XƏBƏR

Putindən bakılıya təklif: Bu şəhərin qubernatoru ol

beqlovaRusiya Prezidenti Vladimir Putin Prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi Aleksandr Beqlova Sankt-Peterburqun qubernatoru vəzifəsini yerinə yetirməyi təklif edib.

Sankt-Peterburqun vəzifəsindən istefa vermiş qubernatoru Georgi Poltavçenko Birləşmiş Gəmi Təmiri Korporasiyasına rəhbərlik edəcək.

Qeyd edək ki, Georgi Poltavçenko Bakıda anadan olub. O, 2011-ci ildən Rusiyanın Şimal paytaxtının qubernatoru vəzifəsində çalışırdı.

Aleksandr Beqlov da Bakıda doğulub. O, Sankt-Peterburqun vitse-qubernatoru, Rusiya Prezidentinin köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini və bir sıra digər məsul vəzifələrdə çalışıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>