"Qəbələ" və "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma olub | SON XƏBƏR | SON XƏBƏR

“Qəbələ” və “Neftçi” matçında azarkeşlər arasında qarşıdurma olub

"Qəbələ" və "Neftçi" azarkeşləri iki komanda arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçında münaqişəyə giriblər.

Sonxəbər.info"Report"a  istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı insident matçın 70-ci dəqiqəsində baş verib. Qonşu perpendikulyar sektorlarda olan fanatların qarşılıqlı söz atışmaları ilə müşayiət olunan insident sonradan daha da böyüyüb. Nəticədə tərəflər bir-birilərinə yandırıcı pirotexniki maddələr atıblar. Olaya polislər müdaxilə edib.

Toqquşma aradan qaldırılsa da, tərəflərin söz atışmaları sonradan da davam edib.

Bundan az əvvəl isə "Neftçi"nin kapitanı Emin Mahmudovla "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə arasında insident baş verib. Referi Rəhim Həsənov Azərbaycan millisinin hər iki futbolçusuna sarı vərəqə göstərib. Sonradan Xəlilzadə simulyasiyaya yol verməsi səbəbindən daha bir sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.

 Qeyd edək ki, azlıqda olmasına baxmayaraq, "Qəbələ" böyük hesabla öndədir - 2:0.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>