Ronaldu "İnstagram"da abunəçilərinin sayına görə birinci yerə yüksəlib | SON XƏBƏR | SON XƏBƏR

Ronaldu “İnstagram”da abunəçilərinin sayına görə birinci yerə yüksəlib

"Yuventus" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu "İnstagram"da ən məşhur şəxs olub.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, mütəzəm olaraq öz səhifəsinə postlar yerləşdirən futbolçunun "İnstagram" abunəçilərinin sayı 144 milyon 200 min nəfəri ötüb.

Ronaldu bu göstəriciyə görə, əvvəlki lider – hazırda 144 milyon abunəçisi olan amerikalı müğənni və aktrisa Selena Qomesi geridə qoyub.

Ronaldu beşqat "Qızıl top" sahibi və beşqat Çempionlar Liqası qalibidir, o həmçinin Avropa çempionudur. O, ötən yay 117 milyon avroya Madrid "Real"ından Turin "Yuventus"una keçib.

Cari mövsümdə futbolçu İtaliya komandasının heyətində bütün turnirlərdə keçirdiyi 12 oyuna 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bundan əvvəl Ronaldunun dublu "Yuventus"a ölkə çempionatında qələbə qazandırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>