Rusiya sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşına 10 aylıq həbs cəzası verilib | SON XƏBƏR | SON XƏBƏR

Rusiya sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşına 10 aylıq həbs cəzası verilib

Bryansk vilayətinin Zlınkovsk rayonunda Rusiya dövlət sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşı barəsində 10 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir.

Belə ki, 2018-ci ilin aprel ayında əvvəllər Rusiyaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşları ölkəyə daxil olmağa çalışıblar və sərhəddə dayanmamaları üçün fərqli məlumatların olduğu yeni pasportlar əldə ediblər. Onlar təyyarə ilə Belarusa gəliblər və maşınla Zlınkovsl rayonundakı Krasnıy Kamen kəndindəki stasionar nəzarət məntəqəsindən keçməyə çalışıblar, amma sərhədçilər onları saxlayıb.

Qanunsuz miqrantlar barəsində dövlət sərhədini qanunsuz keçdiklərinə görə cinayət işi açılıb. Məhkəmə hər üç Azərbaycan vətəndaşını törətdikləri cinayət işi ilə təqsirli bilib və onları cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 aylıq həbs cəzasına məhkum edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>