Rusiyada FTX binasında baş verən partlayışda xəsarət alanların sayı artıb - YENİLƏNİB - FOTO | SON XƏBƏR | SON XƏBƏR

Rusiyada FTX binasında baş verən partlayışda xəsarət alanların sayı artıb – YENİLƏNİB – FOTO

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayət idarəsinin binasına girişdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Sonxəbər.info-"Report" "a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Arxangelsk vilayətinin qubernatoru İqor Orlov bildirib.

"Hələlik naməlum olan partlayıcı qurğu işə düşüb. Üç yaralı xəstəxanadadır. Bir nəfər ölüb, onun şəxsiyyəti müəyyənləşdirilir. Cinayət binanın içərisində baş verib", - qubernator vurğulayıb.

O, hazırda hadisəyə qiymət verməyin erkən olduğunu bildirib: "İnsanların sıx toplaşdıqları yerlərdə təhlükəsizlik tədbirləri görülüb. Hazırda partlayıcı qurğunun növü müəyyənləşdirilir".


***10:50

Arxangelskdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayəti idarəsinin binası yaxınlığında partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.

Ölən şəxsin idarənin əməkdaşı olmadığı bildirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>