"Sumqayıt" "Qəbələ" ilə oyunda qələbəni əldən verib | SON XƏBƏR | SON XƏBƏR

“Sumqayıt” “Qəbələ” ilə oyunda qələbəni əldən verib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, “Sumqayıt” “Dalğa Arena”da “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Görüşdə hesab 7-ci dəqiqədə açılıb. “Sumqayıt”ın heyətində Şəhriyar Əliyev fərqlənib. Müdafiəçi 19-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə qonaqların futbolçusu Stiven Monroz fərqi azaldıb. İlk hissə bu hesabla yekunlaşıb. 56-cı dəqiqədə “Qəbələ”nin digər legioneri Lalavele Atakora tarazlığı bərpa edib. Qonaqların heyətində Bəhlul Mustafazadə 90+1-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Bu nəticədən sonra “Sumqayıt” 11 xalla 5-ci, “Qəbələ” isə 9 xalla 6-cı pillədə qərarlaşıb.

Günün digər matçında “Sabah” evdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək “Səbail” – “Keşlə” və “Neftçi” – “Qarabağ” matçları ilə yekun vurulacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>