Türkiyə ordusu İraqın şimalında bir neçə terrorçunu zərərsizləşdirib | SON XƏBƏR | SON XƏBƏR

Türkiyə ordusu İraqın şimalında bir neçə terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalındakı Karas və Avaşin Basyan regionlarında PKK silahlılarına qarşı növbəti antiterror əməliyyatı keçirib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar zamanı 7 terrorçu zərərsizləşdirilib. Hava zərbələri ilə terrorçuların sığınacağı, atəş nöqtələri və döyüş sursatları məhv edilib.

Məlumata görə, terrorçular Türkiyə ərazisinə basqın hazırlayırmış.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>