Türkiyə XİN başçısı: "STAR kimi böyük enerji layihələrini davam etdirəcəyik" | SON XƏBƏR | SON XƏBƏR

Türkiyə XİN başçısı: “STAR kimi böyük enerji layihələrini davam etdirəcəyik”

"STAR kimi böyük enerji layihələrini davam etdirəcəyik".

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki,Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və İran xarici siyasət idarələri rəhbərlərinin İstanbulda keçirilən üçtərəfli görüşündən sonra baş tutan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər üç ölkə enerji məsələlərində həmfikirdir: "Həm Azərbaycan, həm də İran bizim üçün enerji mənbəyidir. Qarşıdakı illərdə də bu sahədə əməkdaşlığımız davam edəcək. TANAP-dan sonra İzmirdə istifadəyə verilən STAR kimi böyük enerji layihələrini davam etdirəcəyik".

M.Çavuşoğlu deyib ki, Azərbaycan, Türkiyə və İranın bölgədə reallaşdırdığı layihələr qonşu ölkələrin də rifahına xidmət edir: “Bizim atdığımız bütün addımlar Avropdan Çinə qədər bütün ölkələrin faydasına olacaq".

Türkiyə XİN başçısı regional problemlərin sülh yolu ilə həlli üçün əməkdaşlığın zəruri olduğunu vurğulayıb: "Budəfəki görüşdə də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması gündəlikdə duran əsas məsələ idi. Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həlli zəruridir".

M.Çavuşoğlu həmçinin Bakının EXPO-2025 Ümumdünya Sərgisinə namizəd şəhər olduğunu bildirərək belə bir mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsini dəstəklədiklərini söyləyib: “Azərbaycan bizim canımızdır. Digər ölkələr inciməsin. Öncə can, sonra canan".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>