Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfərə gedəcək | SON XƏBƏR | SON XƏBƏR

Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfərə gedəcək

Bu il noyabrın 3-də Ukrayna Prezidenti Petro Poroşenkonun Türkiyəyə rəsmi səfəri olacaq.

Sonxəbər.info-“Report” "a istinadən xəbər verir ki, ali qonaq Türkiyə - Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.

Türkiyənin diplomatik mənbələrinə görə, siyasət, iqtisadiyyat, müdafiə, habelə mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyi iclasda tərəflər sərbəst ticarət, təhlükəsizlik, terrorla mübarizə ilə bağlı imzalanacaq sənədlər ətrafında müzakirələr aparacaqlar.

Bununla yanaşı, Krım tatarlarının hazırkı vəziyyətinin də diqqət mərkəzində olacağı bildirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>