Vladimir Putin Donald Trampa Parisdə görüşməyi təklif edib | SON XƏBƏR | SON XƏBƏR

Vladimir Putin Donald Trampa Parisdə görüşməyi təklif edib

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.

Sonxəbər.info-“Report” istinadən xəbər verir ki, V.Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib.

Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək.

V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "Təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa".

C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: “Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər”.

Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>