Voleybol üzrə dünya çempionatının qalibi müəyyənləşib | SON XƏBƏR | SON XƏBƏR

Voleybol üzrə dünya çempionatının qalibi müəyyənləşib

Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, həlledici qarşılaşmada Serbiya və İtaliya komandaları üz-üzə gəlib. Qarşılaşma serblərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Üçüncü yer uğrunda görüşdə isə Çin Hollandiyanı üstələyə bilib - 3:0.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>