XİN rəhbəri: "Jurnalistin qətlində əli olanlar Səudiyyə Ərəbistanında mühakimə olunacaqlar" | SON XƏBƏR | SON XƏBƏR

XİN rəhbəri: “Jurnalistin qətlində əli olanlar Səudiyyə Ərəbistanında mühakimə olunacaqlar”

"Səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində əli olanlar Səudiyyə Ərəbistanı məhkəməsinin qarşısına çıxacaqlar".

Sonxəbər.info“Report” a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Manamada bəhreynli həmkarı Xalid bin Əhməd Al Xəlifə ilə birgə mətbuat konfransında bildirib.

“Qaçıqçı məsələsi artıq çığır-bağır məcrasına yönəlib. Bunun araşdırılması üçün vaxt lazımdır, vaxt keçdikcə də yeni-yeni faktlar üzə çıxır. Bu qətldə əli olan hər kəs məsuliyyətə cəlb olunacaq və bir daha belə hadisənin təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Bu məsələdə iştirak edənlərin hamısı Səudiyyə Ərəbistanında mühakimə olunacaq”, –  nazir vurğulayıb.

Türkiyəni dost ölkə hesab etdiklərini diqqətə çatdıran XİN başçısı bu ölkə ilə yaxşı işgüzar və investisiya əlaqələrinin olduğunu diqqətə çatdırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>