Yaponiyanın Baş naziri Şimali Koreya lideri ilə görüşmək istəyir | SON XƏBƏR | SON XƏBƏR

Yaponiyanın Baş naziri Şimali Koreya lideri ilə görüşmək istəyir

Yaponiyanın Baş naziri Sindzo Abe Şimali Koreya rəhbəri Kim Çen Inla şəxsən görüşmək və Pxenyanla münasibətləri normallaşdırmaq niyyətindədir.

Sonxəbər.info-“Report”-a istinadən xəbər verir ki, bunu hökumət başçısı oktyabrın 24-də Yaponiya parlamentinin sessiyasının açılış mərasimindəki çıxşında bildirib.

O, ABŞ Prezidenti Donald Trampla Şimali Koreya liderinin Sinqapurda keçirilmiş görüşünü “tarixi sammit” adlandırıb: “Belə bir şəraitdə Koreya Əmək Partiyasının sədri Kim Çen Inla şəxsən görüşməyim lazımdır. Oğurlanmış Yaponiya vətəndaşlarının problemini bir gün tez həll etmək üçün heç bir fürsəti əldən verməməliyəm. Qarşılıqlı etimad yaradıldıqdan sonra raket-nüvə problemini tənzimləməyə çalışacağam. Bu münasibətləri Şimali Koreya ilə dövlətlərarası əlaqələrin normallaşaması səviyyəsinə çatdırmaq lazımdır”.

Qeyd edək ki, rəsmi Tokio 1970-1980-ci illərdə oğrulanmış Yaponiya vətəndaşlarının Şimali Koreyada olduğundan əmindir. Yaponiya faktiki olaraq, Şimali Koreya ilə bütün iqtisadi əməkdaşlığı kəsib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>