Yekaterina bağında nar bayramı | SON XƏBƏR | SON XƏBƏR

Yekaterina bağında nar bayramı

nar-meyveArtıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı dünən Yekaterina bağında təşkil olunub.

Tədbirin təşkilatçısı Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətidir.

Tədbir milli musiqi, rəqs nömrələri ilə daha da rəngarəng olub.

İştirakçılara nar və nar məhsulları ilə yanaşı, içinə nar əlavə olunmuş ləzzətli milli mətbəx nümunələri təqdim olunub. Bu maraqlı bayrama qatılanlar plov, qutab, kabab, cız-bız kimi yeməklərə də qonaq olublar.

Sirk ustaları və sehrbazların iştirakı isə tədbiri daha da maraqlı edib.

Qeyd edək ki, Azərbaycanda hər il nar festivalı keçirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>