Noyabr 1, 2018 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2018 » Noyabr » 01

Prezident İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə əklil qoyulub

Prezident İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə əklil qoyulub

Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəlin anadan olmasının 94-cü ildönümü münasibətilə İsparta şəhərinin İslamköy kəndində anma mərasimi keçirilib. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, tədbirdə Süleyman Dəmirəlin prezidentliyi dövründə nazir, millət vəkili və digər siyasi vəzifələrdə təmsil olunan şəxslər, həmçinin onun yaxınları və sevənləri iştirak ediblər. Mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb. […]

Cəlilabadda 33 yaşlı kişi bıçaqlanıb

Cəlilabadda 33 yaşlı kişi bıçaqlanıb

Cəlilabad rayonunda 33 yaşlı kişi bıçaqlanıb. Sonxəbər.info-“Report”a istinadən  xəbər verir ki, Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Elnur Rasim oğlu Dövlətov tanıdığı şəxs tərəfindən sol qol və sinə nahiyələrindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və lazımi tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Prezident Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibini təsdiqləyib – SİYAHI

Prezident Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibini təsdiqləyib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, fərmanla “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 231) 1-ci hissəsi ləğv edilib. Azərbaycan Milli Ensiklopediyası […]

Dilçilik İnstitutu radioların monitorinqinə başlayıb

Dilçilik İnstitutu radioların monitorinqinə başlayıb

“Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi radioların Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə monitorinqə başlayıb”. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, O bildirib ki, institut daimi olaraq monitorinqlər aparır: “Bütün radiolar monitorinqə cəlb olunub. Çalışırıq, əsasən, geniş tamaşaçı auditoriyası olan verilişlərin monitorinqini aparaq”. O qeyd edib ki, institut bütün kütləvi […]

Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı aktyor və rejissor Veniamin Smexovun mühazirəsi keçiriləcək

Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı aktyor və rejissor Veniamin Smexovun mühazirəsi keçiriləcək

Noyabrın 23-də Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı teatr və kino aktyoru, televiziya tamaşaları və sənədli filmlər rejissoru, ssenarist Veniamin Smexovun mühazirəsi keçiriləcək. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, “İşıq saç hər zaman” adlı gecədə o, məşhur rus şairləri Vladimir Mayakovski, Aleksandr Blok və Boris Pasternakın yaradıcılığından danışacaq, şeirlərini səsləndirəcək. Veniamin Smexov onlarla film və seriala çəkilib. Onun “Dartanyan və üç muşketyor” […]

Sabaha gözlənilən hava şəraiti

Sabaha gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında Noyabrın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə  9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. […]

Zlatan İbrahimoviç MLS-də ən yaxşı futbolçu mükafatına namizəd olub

Zlatan İbrahimoviç MLS-də ən yaxşı futbolçu mükafatına namizəd olub

ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç MLS-də ən yaxşı futbolçu mükafatına namizəd olub. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, 37 yaşlı isveçli hücumçu ilə yanaşı, “DC Yunayted”in üzvü Ueyn Runi, “Atlanta Yunayted”dən paraqvaylı yarımmüdafiəçi Migel Almiron və venesuelalı forvard Xosef Martines ən yaxşı oyunçu nominasiyasında namizəd göstəriliblər. Bundan əlavə, İbrahimoviç, Runi və “Los-Anceles Qelaksi”nin digər futbolçusu Karlos Vela MLS-də bu mövsümün […]

Bakıda Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılması ilə bağlı “dəyirmi masa” keçirilib

Bakıda Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılması ilə bağlı “dəyirmi masa” keçirilib

Bu gün Bakıda “Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılmasının ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda “dəyirmi masa” keçirilib. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, təbdirdə çıxış edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bu gün Azərbaycan üçün neft kapitalının insan kapitalına çevrilməsi çox önəmli bir məsələdir. Onun sözlərinə görə, Azərbaycan 2025-ci ildə Bakıda “Expo-2025 ” beynəlxalq sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış edib […]

Milli Arxiv İdarəsinin rəisi: “Bu günə qədər bəzi arxiv sənədlərini saxtalaşdıra bilirdilər”

Milli Arxiv İdarəsinin rəisi: “Bu günə qədər bəzi arxiv sənədlərini saxtalaşdıra bilirdilər”

“Son bir ildə Milli Arxiv İdarəsinə 47mindən çox müraciət daxil olub ki, bunun da 19 minə yaxını daşınmaz əmlakla bağlıdır”. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bunu idarənin rəisi Əsgər Rəsulov bildirib. Bundan başqa, onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun yaratdığı “bir pəncərə” sistemi vasitəsilə 12 minə yaxın müraciət qəbul edilib ki, bunun da 4 mini daşınmaz əmlakla bağlıdır. “Bu rəqəmlər bu gün Əmlak Məsələləri Dövlət […]