Ağ ev seçkilərin ilkin nəticələrini şərh edib | SON XƏBƏR | SON XƏBƏR

Ağ ev seçkilərin ilkin nəticələrini şərh edib

ABŞ Prezidenti Administrasiyası aralıq seçkilərin ilkin nəticələrindən razıdır.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders bildirib.

"Hazırda əldə olunanlardan məmnunuq. Bu, ABŞ Prezidenti Donald Tramp üçün yaxşı bir axşam oldu", - S.Sanders deyib.

Son proqnozlara görə, Respublikaçılar ABŞ Senatında çoxluğu təmin edib, lakin Nümayəndələr Palatasında çoxluğu itirib.

Daha əvvəl S.Sanders D.Trampıən aralıq seçkilərinin nəticələrini ailəsi və dostları ilə izləyəcəyini bildirib.

"Fox News" telekanalı Demokratlar Partiyasının Nümayəndələr Palatasına nəzarəti ələ alacaqlarını proqnozlaşdırır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>