Azərbaycan-Belarus birgə müəssisəsi Türkiyədə traktor istehsal edəcək | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan-Belarus birgə müəssisəsi Türkiyədə traktor istehsal edəcək

Azərbaycan və Belarusun iş adamları Türkiyədə traktor istehsalı ilə məşğul olacaq zavod açmağa hazırlaşırlar.

Sonxəbər.info-“Report” a istinadən xəbər verir ki, bu barədə Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 11-ci iclasından əvvəl bildirib.

O, Azərbaycan-Belarus birgə müəssisənin gələn ilin I rübündən istehsala başlayacağını qeyd edib: "Traktor zavodu ilə bağlı işlər hazırda son mərhələdədir. Gələn ilin I rübünün sonuna qədər ilk yığımı həyata keçirməyi planlaşdırırıq. Zavodda ilkin mərhələdə ildə 2 500 ədəd traktor yığılacaq. Tədricən bu rəqəm 5 000-ə çatdırılacaq".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>