Azərbaycan yığmasının UEFA Millətlər Liqasında son iki oyunu üçün heyəti açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında son iki oyunu üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında qrup mərhələsinin son iki oyunu üçün heyəti açıqlanıb.

Sonxəbər.info-“Reporta istinadən istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov noyabrın 17-də Farer adaları ilə ev, 3 gün sonra isə Kosovoyla səfər matçı üçün 24 futbolçuya dəvət göndərib. Onlardan 2-si - "Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyevlə "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov milliyə ilk dəfə dəvət alıb. Eyni zamanda, müəyyən fasilədən sonra "Səbail"in qapıçısı Emil Balayev, "Neftçi"nin müdafiəçisi Tural Axundov və "gənclik şəhəri" təmsilçisinin daha bir oyunçusu Əfran İsmayılova dəvət göndərilib.

Əvəzində ötən ay Farer adaları ilə səfərdə və Malta ilə evdə keçirdiyi qarşılaşmalarla müqayisədə "Sumqayıt"ın daha bir mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə, "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev, "Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov və flaqmanın yarımmüdafiəçisi Namik Ələskərov dəvətlilər sırasından kənarda qalıb.

Ötən iki qarşılaşmaya 23 futbolçu çağırılmışdısa, bu dəfə siyahıda 24 oyunçu yer alıb. Onlardan 6-sı "Qarabağ"dan, 4-ü "Neftçi"dən, 3-ü "Səbail"dən, hərəyə 2-si "Qəbələ" və "Sumqayıt"dan, hərəyə 1-i "Keşlə" və "Sabah"dan dəvət alıb. Premyer Liqa klublarından yalnız "Zirə"nin millidə təmsilçisi yoxdur. Qurbanovun siyahısında yenə 5 legioner yer alıb ki, onların tərkibində dəyişiklik baş verməyib.

Azərbaycan millisinin heyəti:

Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Səlahət Ağayev ("Neftçi”), Emil Balayev ("Səbail”)

Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ”), Bədavi Hüseynov ("Qarabağ”), Rahil Məmmədov ("Qarabağ”), Şəhriyar Əliyev ("Sumqayıt”), Təmkin Xəlilzadə ("Qəbələ”), Urfan Abbasov ("Qəbələ”), Tural Axundov ("Neftçi”), Pavlo Paşayev ("Aleksandriya”, Ukrayna)

Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ”), Araz Abdullayev ("Qarabağ”), Emin Mahmudov ("Neftçi”), Əfran İsmayılov ("Sumqayıt”), Rahid Əmirquliyev ("Səbail”), Cavid İmamverdiyev ("Sabah”), Riçard Almeyda ("Astana”, Qazaxıstan)

Hücumçular: Dmitri Nazarov ("Ertsgebirge”, Almaniya), Mahir Mədətov ("Qarabağ”), Mirabdulla Abbasov ("Neftçi”), Ramil Şeydayev ("Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov ("Proysen”, Almaniya), Ruslan Qurbanov ("Səbail”)

Qeyd edək ki, Farer adaları ilə oyun noyabrın 17-də Bakı Olimpiya Stadionda, Kosovo ilə qarşılaşma isə noyabrın 20-də Priştinadakı Fadil Vokkri adına stadionda keçiriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>