Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı həmkarı Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki,

"Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Qeyd edək ki, Türkiyədə silah anbarında baş verən partlayış nəticəsində 7 hərbçi ölüb, daha 25 nəfəri yaralanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>