Bakıda piyadanı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb | SON XƏBƏR | SON XƏBƏR

Bakıda piyadanı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Xanəliyev cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonunun Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, bu il avqustun 16-da saat 7 radələrində Bakı şəhər sakini Telman Xanəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Seymur Müzəffərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>