Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı aktyor və rejissor Veniamin Smexovun mühazirəsi keçiriləcək | SON XƏBƏR | SON XƏBƏR

Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı aktyor və rejissor Veniamin Smexovun mühazirəsi keçiriləcək

Noyabrın 23-də Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı teatr və kino aktyoru, televiziya tamaşaları və sənədli filmlər rejissoru, ssenarist Veniamin Smexovun mühazirəsi keçiriləcək.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, “İşıq saç hər zaman” adlı gecədə o, məşhur rus şairləri Vladimir Mayakovski, Aleksandr Blok və Boris Pasternakın yaradıcılığından danışacaq, şeirlərini səsləndirəcək.

Veniamin Smexov onlarla film və seriala çəkilib. Onun “Dartanyan və üç muşketyor” filmində (1978) yaratdığı Atos obrazı isə bunların sırasında ən yadda qalanlardandır. Bu ekran əsəri çox şöhrət qazanmış və davamı çəkilmişdi: “Muşketyorlar 20 ildən sonra” (1992), “Kraliça Annanın sirri və ya muşketyorlar 30 ildən sonra” (1993) və “Muşketyorların qayıdışı yaxud kardinal Mazarininin xəzinəsi” (2009). Veniamin Smexov dörd layihənin hamısında iştirak edib.

Veniamin Smexovun fəal məşğul olduğu sahələrdən biri də ədəbiyyatdır. O, bir sıra bədii və publisistik kitabların müəllifidir. Daha çox nəsr əsərləri yazan Veniamin Smexovun teatra həsr etdiyi məqalələri qəzet və jurnallarda dərc olunur. O, həmçinin müxtəlif mövzularda mühazirələrlə çıxış edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>