Kosovonun baş məşqçisi: "Azərbaycanla qarşılaşma final olacaq" | SON XƏBƏR | SON XƏBƏR

Kosovonun baş məşqçisi: “Azərbaycanla qarşılaşma final olacaq”

"Komandamızın bütün oyun ərzində mübarizə əzmi məni sevindirdi. Rəqib ikinci hissənin ortalarınadək bizə problemlər yaratdı. Lakin ikinci qoldan sonra hər şey asanlaşdı. 5 qol vurduğumuz üçün şadam. Çünki əvvəlki oyunlarda qol sarıdan əziyyət çəkirdik".

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland səfərdə Maltaya 5:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra deyib. İsveçrəli mütəxəssis püşkatmadan sonra təqvimi və oyunların qrafikini gördükdən sonra Azərbaycanla qarşılaşma final olacağını bildirib.

O, belə bir anın yetişməsinə sevindiyini vurğulayıb: "İndi bizim əsl həqiqətdə hansı keyfiyyətlərə malik olduğumuzu görmək imkanımız var".

Qeyd edək ki, D Liqasının 3-cü qrupuna 5 turdan sonra 11 xalla Kosovo başçılıq edir. Azərbaycan 9 xalla 2-ci pillədə qərarlaşıb. Son turda bu iki komanda Priştinadakı Fadil Vokkri adına stadionda üz-üzə gələcək. Noyabrın 20-də keçiriləcək görüşdə Azərbaycan millisi yalnız qələbə təqdirində C Liqasına və pley-offa yüksələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>