"Liverpul" "Arsenal" üzərində qələbəni son dəqiqələrdə əldən verib | SON XƏBƏR | SON XƏBƏR

“Liverpul” “Arsenal” üzərində qələbəni son dəqiqələrdə əldən verib

 Londonun "Arsenal" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul" ilə heç-heçə edib.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, Londonun "Emireyts — Eşberton Qrouv" stadionunda keçirilən matç 1:1 hesabı ilə başa çatıb.

Oyunda ilk qolun müəllifi "Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner olub. O, 61-ci dəqiqədə hesabı açıb. Ev sahibləri yalnız 82-ci dəqiqədə Aleksandr Lyakazettin vurduğu qol sayəsində hesabda tarazlıq yarada biliblər.

"Liverpul" bu heç-heçədən sonra xallarının sayını 27-yə çatdırıb və hazırda turnir cədvəlində liderlik edir, "Arsenal" 23 xal ilə 4-cüdür.

Bundan əvvəl Azərbaycan Premyer Liqasında “Qarabağ” “Sumqayıt”a qalib gəlib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>