Penitensiar xidmətin nümayəndə heyəti Penoloji Əməkdaşlıq üzrə Şuranın plenar iclasında | SON XƏBƏR | SON XƏBƏR

Penitensiar xidmətin nümayəndə heyəti Penoloji Əməkdaşlıq üzrə Şuranın plenar iclasında

2018-ci il 6-8 noyabr tarixlərində Strasburq şəhərində Avropa Şurasının Penoloji Əməkdaşlıq üzrə Şurasının (PC-CP) 8-ci illik plenar iclası keçirilmişdir.

Avropa Şurasına üzv olan 35 ölkənin nümayəndə heyətinin, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun rəhbərliyinin, Penoloji Əməkdaşlıq üzrə Şuranın İşçi qrupunun üzvlərinin, penitensiar və probasiya sahəsində çalışan ekspertlərin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Orxan Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Plenar iclaslarda Avropa Penitensiar Qaydalarına təklif edilən düzəlişlər, Avropa Penitensiar və Probasiya Xidmət rəhbərlərinin 23-cü illik toplantısı, “Penitensiar və probasiya xidmətində kadrların işə qəbulu, seçimi və təlimi” barədə tövsiyələr, radikalizm və “Zorakılığın qarşısının alınması üçün çoxprofilli pedoqoji Avropa proqramı”, Avropa Şurasının illik cəza statistikası (SPACE) proqramı, penitensiar və probasiya xidmətlərinin işində rəqəmsal transformasiyanın təşkilati və etik aspektləri müzakirə olunmuşdur.

Plenar iclasın fəaliyyətini İşgəncələrə qarşı Avropa Komitəsi (CPT), Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR), Ədalət Məhkəməsi Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ), Beynəlxalq Həbsxana İslahatı Təşkilatı (PRİ), Avropa Probasiya Konfederasiyası (CEP), Həbsxana və İslah xidmətlərinin Avropa Təşkilatı (EuroPris), Yeniyetmə və Ailə Məhkəmələri Hakimlərinin Beynəlxalq Assosiasiyası (İAJCM) kimi nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri izləmişlər.

Tədbir çərçivəsində nümayəndə heyətinin Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun və Penoloji Əməkaşlıq üzrə Şuranın rəhbər şəxsləri ilə görüşləri keçirilmişdir. Görüşlər zamanı Azərbaycanda son dövrlər ədliyyə sahəsində aparılmış islahatlar və Avropa Şurası ilə penitensiar sahədə əməkdaşlıq barədə müzakirələr aparılmışdır. 2018-ci il 6-8 noyabr tarixlərində Strasburq şəhərində Avropa Şurasının Penoloji Əməkdaşlıq üzrə Şurasının (PC-CP) 8-ci illik plenar iclası keçirilmişdir.

Avropa Şurasına üzv olan 35 ölkənin nümayəndə heyətinin, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun rəhbərliyinin, Penoloji Əməkdaşlıq üzrə Şuranın İşçi qrupunun üzvlərinin, penitensiar və probasiya sahəsində çalışan ekspertlərin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Orxan Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Plenar iclaslarda Avropa Penitensiar Qaydalarına təklif edilən düzəlişlər, Avropa Penitensiar və Probasiya Xidmət rəhbərlərinin 23-cü illik toplantısı, “Penitensiar və probasiya xidmətində kadrların işə qəbulu, seçimi və təlimi” barədə tövsiyələr, radikalizm və “Zorakılığın qarşısının alınması üçün çoxprofilli pedoqoji Avropa proqramı”, Avropa Şurasının illik cəza statistikası (SPACE) proqramı, penitensiar və probasiya xidmətlərinin işində rəqəmsal transformasiyanın təşkilati və etik aspektləri müzakirə olunmuşdur.

Plenar iclasın fəaliyyətini İşgəncələrə qarşı Avropa Komitəsi (CPT), Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR), Ədalət Məhkəməsi Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ), Beynəlxalq Həbsxana İslahatı Təşkilatı (PRİ), Avropa Probasiya Konfederasiyası (CEP), Həbsxana və İslah xidmətlərinin Avropa Təşkilatı (EuroPris), Yeniyetmə və Ailə Məhkəmələri Hakimlərinin Beynəlxalq Assosiasiyası (İAJCM) kimi nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri izləmişlər.

Tədbir çərçivəsində nümayəndə heyətinin Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun və Penoloji Əməkaşlıq üzrə Şuranın rəhbər şəxsləri ilə görüşləri keçirilmişdir. Görüşlər zamanı Azərbaycanda son dövrlər ədliyyə sahəsində aparılmış islahatlar və Avropa Şurası ilə penitensiar sahədə əməkdaşlıq barədə müzakirələr aparılmışdır.

1542106374_20181107_204633_640x370


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>