Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB | SON XƏBƏR | SON XƏBƏR

Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.

İdeologiya.az-"Report"a istinadən xəbər verir ki, dövlət başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını deyib. Prezident İlham Əliyev Azərbaycanda idmana, o cümlədən paralimpiyaya yüksək dövlət qayğısı göstərildiyini qeyd edərək bildirib ki, ölkədə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır. Azərbaycanda paralimpiyaçılara göstərilən xüsusi diqqət və qayğıdan danışan dövlətimizin başçısı bildirib ki, paralimpiyaçılarımız Yay Paralimpiya və eləcə də Avropa Oyunlarında yaxşı nəticələr göstəriblər.

Prezident İlham Əliyev Endrü Parsonsun Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının Bakıda keçirilən iclasında iştirakının önəmini qeyd edib və ölkəmizin bu təşkilatla da yaxşı əməkdaşlıq həyata keçirdiyini deyib.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons Azərbaycana üçüncü dəfə səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə böyük inkişaf proseslərinin getdiyinin şahidi olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin idmana, o cümlədən paralimpiyaçılara böyük diqqət və qayğı göstərdiyini qeyd etdi və bu münasibətlə beynəlxalq paralimpiya hərəkatı adından dövlət başçısına minnətdarlığını bildirib. Endrü Parsons Azərbaycanda paralimpiyanın inkişafının bir nümunə olduğunu vurğulayıb.


*** 12:08

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Federasiyasının prezidenti Endrü Parsonsu qəbul edib.

"Report"un xəbərinə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>