“Qalatasaray” və “Fənərbağça”nın növbəti dueli - 1,1 milyardlıq derbi - AFİŞA | SON XƏBƏR | SON XƏBƏR

“Qalatasaray” və “Fənərbağça”nın növbəti dueli – 1,1 milyardlıq derbi – AFİŞA

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, XI tur çərçivəsində “Qalatasaray” “Fənərbağça”nı qəbul edəcək. “Türk Telekom Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Fatih Terimin rəhbərlik etdiyi kollektiv ötən həftə “Yeni Malatyaspor”a 2 cavabsız qolla uduzmaqla liderliyi əldən verib. Cari mövsümdə 6 qələbə qazanıb, 3 dəfə məğlub olan və 1 matçda heç-heçə edən son çempion 19 xalla 3-cü pillədədir. Birinci sıradakı “Başakşehrin” 21, ikinci yerdəki “Kasımpaşa”nın isə 19 xalı var.

“Fənərbağça” rəhbərliyi ötən tur “Ankaragücü”nə 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Fillip Kokunu istefaya göndərib. “Sarı-lacivərdliler”i oyuna hollandiyalı mütəxəssisin köməkçisi Ervin Kuman çıxaracaq. Komanda 9 xalla 15-ci sıradadır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>