Saatlıda kriminal avtoriteti güllələyərək öldürən şəxs tutulub | SON XƏBƏR | SON XƏBƏR

Saatlıda kriminal avtoriteti güllələyərək öldürən şəxs tutulub

Saatlı rayonunda kriminal avtoritet Oktay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ideologiya.az-“Report”a istinadən xəbər  verir ki, bu, O.Əkbərovun qardaşı oğlu 22 yaşlı Saleh Əkbərovdur.

S.Əkbərovdan hadisə zamanı istifadə etdiyi ov tüfəngi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən rayonun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>