İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb | SON XƏBƏR | SON XƏBƏR

İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb

29 Dekabr, 2018

İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb

İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb

Sonxəbər.info  REPORT.AZ-a istinadən.İndoneziyanın Sumatra və Yava adalarında sunami nəticəsində 431 nəfər ölüb, 7,2 min nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, təbii fəlakət nəticəsində 46 mindən çox yerli sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb, təqribən 1,5 min yaşayış obyekti tamamilə dağılıb.

Daha çox insan itkisi Yava adasının Banten əyalətində yerləşən Pandeqlanq və Seranq rayonlarında, həmçinin Sumatranın Lampunq əyalətində qeydə alınıb.

Daha əvvəl İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>