"Liverpul"un baş məşqçisi meydana girdiyi üçün cəzalandırılıb | SON XƏBƏR | SON XƏBƏR

“Liverpul”un baş məşqçisi meydana girdiyi üçün cəzalandırılıb

İngiltərə Futbol Federasiyası "Liverpul" klubunun baş məşqçisi Yurgen Kloppu 8 min funt sterlinq məbləğində cərimələyib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, buna 51 yaşlı mütəxəssisin Premyer Liqanın XIV turunda "Everton"la matçda komandasının qolundan sonra meydana girməsi səbəb olub.

Klopp Divok Originin qələbə qolundan sonra qapıçısı Alison Bekkerə tərəf qaçıb və onu qucaqlayıb. Almaniyalı baş məşqçi etdiyi hərəkətə görə oyundan sonra üzr istəyib.

Federasiya belə hal yenidən təkrarlanacağı təqdirdə, təcrübəli mütəxəssisə daha ağır cəza veriləcəyi ilə bağlı xəbardarlıq edib.

Qeyd edək ki, matç "Liverpul"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. 14 tur ərzində məğlub olmayan "mersisaydlılar" turnir cədvəlində 36 xalla ikinci pillədə qərarlaşıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>