Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb | SON XƏBƏR | SON XƏBƏR

Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyevdekabrın 13-də “Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

İdeologiya.az-"Report"a istinadən xəbər verir ki, qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>