Prezident İlham Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib | SON XƏBƏR | SON XƏBƏR

Prezident İlham Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun vəfatı ilə əlaqədar bu ölkənin hazırkı rəhbəri Donald Trampa başsağlığı verib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki

"Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlət başçısı ABŞ-ın 43-cü Prezidenti, C.Buşun oğlu Corc Uoker Buşa da başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Zati-aliləri,

Atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>